DUZUN zərərli olduğunu düşünURSÜZ?
Bir çox insanlar duzun bədən üçün kifayət qədər zərərli olduğunu söyləyir. Bəziləri hətta istifadə etməkdən tamamilə imtina edir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, duz bir çox faydalı xüsusiyyətlərə malikdir. Duzdan tamamilə imtina etmək sağlamlığınıza mənfi təsir göstərə bilər.
Duzun əsas üstünlüyü ondan ibarətdir ki, o, orqanizm hüceyrələrinin ehtiyac duyduğu natrium və xlorun ən sadə mənbəyidir.
Natrium, xlor, kalium və digər maddələrin nisbəti hüceyrələrin normal fəaliyyətinə kömək edir. Duz bədəndəki maye miqdarını idarə edir.