azia.az
azia.az

Iki kəndi sel basdı

29-08-2023, 21:57

Xəbər verdiyimiz kimi, 26 avqust günün ikinci yarısından başlayaraq ölkənin şimal-qərb bölgəsində hava şəraiti dəyişib.

AZia.az  "qafqazinfo"ya istinadla xəbər verir ki, axşam saatlarına yaxın Şəki rayonunun Şəki və Cəyirli kəndlərinin yaxınlığındakı dağlıq ərazilərə leysan yağıb.

Leysan ərazidən keçən Ərcan çayında suyun səviyyəsi qalxıb və bu səbəbdən ərazidən keçən Yexlax-Balakən dəmir yol xəttinin üzərində olan suötürücülərin tutulması nəticəsində yağış suları Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinə axıb.

Sel suları kəndin daxili yollarıan keçib, bir çox kənd sakinlərinin həyatyanı sahəsinə və evlərin birinci mərtəbəsinə dolub.

Hazırda müvafiq qurumlar əraziyə ezam edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi