“Lux Residence" vergidən bu yolla yayınır? — Keçmiş əməkdaşından şok ittiham
Qubadlı rayonunun Mahruzlu kənd sakini Əliyev Baxşəli Əli oğlu Baş Prokuror Kamran Əliyevə müraciət edib.
Oxu24.com xəbər verir ki,şikayətçi Baxşəli Əliyev "Unikal"a açıqlamasında bildirib ki, çalışdığı “Lux Residence" tikinti şirkəti onu qanunsuz olaraq işdən çıxarıb:


Gültəkin Məmmədzadənin dedikləri fikirlərin doğru olduğunu bilmək üçün digər işçilər arasında sorğu apardım və onun dediklərinin doğru olduğu bəlli oldu. Mənim bu sorğunu aparmağımı rəhbərliyə məlumat veriblər və rəhbərlik də məni heç bir əsas olmadan işdən kənarlaşdırıb. Beləliklə məlum oldu ki, bu şirkətdə vergidən yayınma halları baş alıb gedir və bu hal kimlər tərəfindənsə gizlədilərək dövlətə külli miqdarda ziyan vurulur. Bu şirkətdə açıq-aşkar AR CM-nin 213 maddəsinin tərkib hissəsi var və bu işlərə aidiyyatı orqanların müdaxiləsinə ehtiyac duyulur. Bundan əlavə digər qanunsuzluqlar baş alıb gedir və bu şirkət rəhbərliyi, burada çalışan ailə üzvləri və şirkəti himayə edənlər tərəfindən gizlədilir. Bu gün işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasına vəsait toplanması vacib olduğu halda bu şirkətdə büdcəyə ödəmələrdən yayınma hallarını gizlətmək ən azından dövlətə xəyanətdir".