azia.az
azia.az

"TikTok"da trend olan saç yağı zərərli imiş

27-08-2023, 14:00

"TikTok"da saçların böyüməsi üçün rozmarin yağından istifadə edən yeni gözəllik trendi populyarlıq qazanıb".

Xəbər verilir ki, "The Daily Mail"in verdiyi məlumata görə, sosial şəbəkədə bir çox ekspert və həkimlər bunu etməyi məsləhət görürlər.

Lakin dermatoloq Vanita Rattanın nəşrə verdiyi açıqlamada bildirib ki, efir yağının istifadəsi saçların qırılmasına və baş dərisinin iltihabına səbəb ola bilər.

"Vaxtında müalicə olunarsa baş dərisindəki iltihab bir neçə aydan sonra keçə bilər, amma bu, saçların daha yavaş böyüməsinə səbəb olacaq. Ona görə də bu yağlardan istifadə etməyə dəyməz", - dermatoloq qeyd edib.

Həkim xəbərdarlıq edir ki, efir yağları dermatitə səbəb ola bilər. "Efir yağları quru dəriyə və saçları sağlam saxlamaq üçün lazım olan kritik protein olan kollagenə zərər verən sərbəst radikalların meydana gəlməsinə kömək edə bilər", - deyə Ratta bildirib.(Bizimyol.info)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi