azia.az
azia.az

Hikmət Hacıyev: “ABŞ və Avropadakı bütün ermənipərəst siyasətçilər araşdırılmalıdır”

27-08-2023, 10:13

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev eksdə ABŞ-nin “The New York Post” nəşrindən senator Bob Menendesin həyat yoldaşının mümkün qanunsuz hərəkətləri barədə çıxarış paylaşaraq ermənipərəst siyasətçilərin fəaliyyətinin daha da araşdırılmasına çağırış edib.

“Report” xəbər verir ki, Prezidentin köməkçisi 

sosial şəbəkədə yazıb:

“Pul hər şeyi həll edir! ABŞ və Avropadakı bütün anti-Azərbaycan ermənipərəst lobbiçilər və siyasətçilər daha da araşdırılmalıdır”.

H. Hacıyevin paylaşdığı 

“The New York Post”dakı xəbərin başlığında qeyd olunub: “Sen. (senator – red.) Bob Menendesin arvadı ofisi federal araşdırma təhlükəsi ilə üz-üzə olduğunu etiraf etməzdən aylar öncə 400 min dollar qızıl külçə satıb”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi