azia.az
azia.az

Özünü iş adamı kimi qələmə verən Müqayis Verdiyev dənizdə boğulub... - Sənə deyirdik, ay Müqayis, su sənəyi suda sınar...

22-08-2023, 09:11

Özünü iş adamı kimi qələmə verən, amma əslində, şər-böhtanla məşğul olan Müqayis Verdiyev neçə illərdir ki, məmurları şantaj edərək pul almaqla məşğuldur. Yəni bu gün dövlətimizin yaratdığı münbit şəraitdən istifadə edərək iş adamları, sahibkarlar yeni iş yerləri açır, savab işlərlə məşğul olurlar, eyni zamanda halal pullarını qazanırlar. Amma bu qədər iş adamlarının içərisində Müqayis Verdiyevin əlindən ancaq şər-böhtanla pul qazanmaq gəlir. 
Təsəvvür edirsiniz, bu adam dəfələrlə həbs olunub, amma yenə islah olunmur və əməllərini davam etdirir. Hətta bu adam özünü guya layihələrin müəllifi, iqtisadi bilgisi olan biri kimi təqdim edir. Amma tanıyanlar bilir ki, bu adamın heç düz əməlli təhsili də yoxdur. Normal təhsili olmayan bir adam necə böyük tikinti və quruculuq işlərinə rəhbərlik edə bilər..? Sözün qısası, özünü mətbuata, guya, zərərçəkən kimi təqdim edən, amma əslində fırıldaq və şantaj yolu ilə məmurlardan pul alan Müqayis Verdiyevə dəfələrlə deyilib ki, “Gen qaz, dərin qaz, axırda özün düşəcəksən”... Yaxud bu insanlıqdan uzaq olan zata dəfələrlə deyilib ki, “Su sənəyi suda sınar”,  bu əməllərindən əl çək... 
Su demişkən, indicə redaksiyamıza daxil olan məlumata görə, Müqayis Verdiyevin bu gün günorta saatlarında ağzına su nətəhər dolubsa, koma vəziyyətinə düşüb... Daha dəqiq desək, bu gün dəniz sahilində, çimərliklərin birində istirahət edən Müqayis Verdiyev tamahını saxlaya bilməyib və yeyib-içərək...ətrafı batırıb, pintilik edib, sonra dənizə kəllə vurmaq istəyib...Və bir də ətrafdakılar görüb ki, yekə bir cəmdək dənizdə batır...Köməyə gələnlər güc-bəla ilə onun cəmdəyini sahilə çıxara biliblər. Amma öldüsündən-qaldısından xəbər yoxdur. Şahidlərin dediyinə görə, Müqayis Verdiyev dənizdə boğulanda “Pulumu veriiinnn...” deyə bağırırmış.... Hazırda müxbirimiz hadisə baş verən ərazidədir. Bizi izləyin. Yaxın saatlarda dəqiq xəbər verəcəyik. Onu da bildirək ki, bir neçə gün öncə Müqayis Verdiyev özü ağılda olan bir jurnalistlə yeyib-içdikdən sonra avtomobillə evə qayıdarkən həbs olunmuşdu. Hadisənin hansı sonluqla bitdiyini isə araşdırmadan sonra xəbər verəcəyik.
P. S. Müqayis Verdiyevin dənizdə boğulması bugünki gündə içkili olaraq dənizə girməsi ilə əlaqədar olub.  



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi