azia.az
azia.az

SABİQ səfir və oğlu həbs edildi

30-07-2023, 19:21

İrəvan məhkəməsi sabiq diplomat, Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyanı həbs edib.

 

Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

 

Paytaxtın birinci instansiya məhkəməsi bazar günü keçirdiyi iclasda sabiq diplomatın iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

 

Qeyd edək ki, bir neçə saat əvvəl diplomatın oğlu, Ermənistan Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan da həbs edilib.

 

Ata və oğlu bir gün əvvəl dələduzluqda şübhəli bilinərək saxlanılıb, nəticədə dövlətə 966 milyon dram (2,5 milyon dollar) məbləğində maddi ziyan dəyib.

 

Daha əvvəl prokurorluq bildirib ki, cinayət işində iştirak edən digər şəxs də (A.P) həbs edilib. Onun həbsi üçün məhkəmədə vəsatət qaldırılıb./Report


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi