azia.az
azia.az

İcra başçısı evində qanunsuz yaşayan şəxslə bağlı AÇIQLAMA VERDİ: “Evə soxulub, çıxmır…”

19-07-2023, 16:25

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Şəmsəddin Qurbanov qeyri-rəsmi şəkildə aldığı evə görə böyük problem yaşadığını iddia edir.

 

Azia.az xəbər verir ki, qafqazinfo-ya müraciət edən Şəmsəddin Qurbanov paytaxtın Nizami rayon E.Süleymanov küçəsi 65/55-də yerləşən 85 kvadrat metrlik evi qeyri-rəsmi şəkildə 2019-cu ildə aldığını deyib:

 

“Evi mənə Bəxtiyar və Samir adlı şəxslər satdı, 90 min manata razılaşdıq və pulu tam ödədikdən sonra ev müqavilə ilə mənim adıma rəsmiləşdirilməli idi. İlkin olaraq evə görə qarşı tərəfə 13 min manat pul ödədim. Sonradan bildim ki, evi mənə satan Bəxtiyar Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin kürəkəni, Samir isə onun sürücüsüdür”.

 

Şikayətçi iddia edib ki, evi alandan bir neçə ay sonra icra başçısının qızı ilə kürəkəni ayrılıb və münasibətlər pozulduğuna görə ona problem yaranıb: “Mən pulu icra başçısının kürəkəni Bəxtiyara və onun sürücüsünə vermişdim. Sonra isə məni Balakənin icra başçısının həyat yoldaşı Rzayeva Nəzakət Barat qızı məhkəməyə verdi və mənzildən çıxmağımı tələb etdi. 2020-ci ilin dekabrında icra başçısının oğlu Vahid və onların ailə sürücüləri gələrək evi təcili boşaltmağımı tələb etdilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi