azia.az
azia.az

Avtomobilini özləri yuyanlar cərimə olunacaqlar

19-07-2023, 08:39

Avropanın bir çox ölkəsində tətbiq edilən sudan istifadə ilə bağlı qadağalar səbəbi ilə Almaniyada avtomobilini özü yuyanlara cərimə tətbiq olunub.

 

“Su resursları qanunu” ilə tənzimlənən bu cərimə vasitəsilə zəhərli və ya suyu çirkləndirən maddələrin yeraltı sulara qarışmasının qarşısı alınmağa çalışılır. Buna görə də Almaniyada avtomobilini özü yuyanlar bölgədən asılı olaraq 100 min avroya qədər cərimə oluna bilərlər.

 

Ölkədə avtomobili öz həyətinizdə kimyəvi təmizləyicilərlə yumaq, ümumiyyətlə, qadağandır. Lakin cəzaların icrası adətən bələdiyyələrin səlahiyyətinə verilir. Bu səbəbdən də avtomobilini yumağı planlaşdıranların müvafiq ictimai təhlükəsizlik idarəsindən məlumat istəmələri tövsiyə olunur.

 

Oxu.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi