azia.az
azia.az

DİN təxribat xarakterli aksiyaya qoşulmayan vətəndaşlara təşəkkür edib

2-07-2023, 23:48

Daxili İşlər Nazirliyi (DİN) təxribat xarakterli aksiyaya qoşulmayan vətəndaşlara təşəkkür edib.

Bu barədə DİN-dən "Report"a bildirilib ki, bir neçə sosial şəbəkə istifadəçisi polisin peşə bayramı günü - iyulun 2-də paytaxtın mərkəzi hissəsində təxribat xarakterli aksiya təyin etmələrinə baxmayaraq, vətəndaşlarımız və media nümayəndələri tərəfindən onların bu çağırışı dəstəklənmədi.

"Odur ki, bu gün öz peşə bayramını qeyd edən bütün polis əməkdaşları adından təyin olunan aksiya yerinə gəlməyərək anlayış nümayiş etdirən vətəndaşlarımıza və media nümayəndələrinə təşəkkürümüzü bildiririk", - deyə DİN-dən qeyd edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi