azia.az
azia.az

Arutyunyan: “Qarabağdan getmək istəyən səssizcə getsin, panika yaratmasın”

1-07-2023, 13:45

Ailəsi Qarabağdan kənarda olan məmurlarla bağlı ciddi qərarlar qəbul edilməlidir və onlar barəsində tədbir görülməsi üçün göstərişlər verilib.

Bunu Xankəndidəki baş separatçı Arayik Arutyunyan “deputatlar”la görüşündə deyib.

“Biz bununla məhdudlaşmamalıyıq, mən aparata çox ciddi qərarlar paketi təqdim etməyi tapşırdım. Tərk edib gedənlər, mülklərini icarəyə verib gəlir əldə edənlərlə bağlı qərar verilməlidir. Nə edəcəyimizi deyə bilmərəm. Amma mən tərəfdarıyam ki, belə insanlara münasibət sərt olmalıdır. Onları bu gəlir mənbəyindən məhrum etməliyik”, - baş separatçı qeyd edib.

O əlavə edib ki, hətta onların əmlakları əllərindən alınmalıdır: “Biz bu yolla getməliyik, ya da o insanlar öz mənzillərini könüllü olaraq versinlər”, - deyə Araik Arutyunyan bildirib 

Arutyunyan sonda bunu da deyib: “Əvvəla, kim getmək istəyir, qoy getsin, amma səssizcə bunu etsin. Panika yaratmayın”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi