Priqojin Putinə görün hansı şərti qoydu — DETALLAR
Şoyqunun taleyi sual altındadır.
Xəbər verilir ki,Rusiya Federasiyasının Müdafiə Nazirliyinə yaxın olan “Rybar” teleqram kanalı bəyan edib ki, “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin tələblərindən biri müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun istefası olub.
Mənbənin sözlərinə görə, üsyanın PMC rəhbəri üçün əlverişli şərtlərlə dayandırıldığını nəzərə alsaq, sonda Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinin kənarlaşdırılacağını deməyə əsas var.
Kreml şənbə günü bildirib ki, Müdafiə Nazirliyində kadr məsələləri Prigojin ilə müzakirə olunmayıb.