azia.az
azia.az

Dövlət Xidmətində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

24-06-2023, 08:31


Görüşdə Dövlət Xidmətinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, idarəetmə bacarıqları yüksək olan perspektivli kadrların seçilməsi və menecmentə cəlb olunmasında “Yüksəliş” müsabiqəsinin əhəmiyyəti vurğulanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun “Yüksəliş” müsabiqəsinin qalibi Nərgiz Balakişiyeva ilə mentorluq proqramı çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) görüş keçirilib.

Görüş zamanı Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli müsabiqə qalibini əldə etdiyi nailiyyət münasibətilə təbrik edib, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, həmçinin idarəetmə bacarıqları yüksək olan perspektivli kadrların seçilməsi və menecmentə cəlb olunmasında “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini vurğulayıb. 

Sonda qalibin müsabiqə barədə təəssüratları, maraq dairəsini əhatə edən mövzular və mentorluq proqramı çərçivəsində gələcək planları dinlənilib, fərdi inkişafı üçün səmərəli ola biləcək tədbirlərə dair müzakirələr aparılıb.

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi