Nəsimi rayonunda çayxanada iki nəfər bıçaqlanıb.
Azia.az APA-ya istinadən xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyası yaxınlığında baş verib.
Belə ki, çayxanada müştərilər arasında dava düşüb.
Hadisə zamanı 1993-cü il təvəllüdlü Quliyev Cavid Vahid oğlu və 1991-ci il təvəllüdlü Ağayev Kamil İsmayıl oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.