azia.az
azia.az

Yollarda çat yarandı — 4 minə yaxın insan təxliyə edildi

10-06-2023, 08:58

Çinin Tianjin şəhərində yolda yaranan çatlar səbəbindən 3899 nəfər evlərindən təxliyə edilib.

Demokrat.az 
xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Məlumata əsasən, Tianjin yerli hökuməti tərəfindən edilən açıqlamada hadisənin qəfil geoloji fəlakət olaraq xarakterizə edilib.

Çatların 1300 metrdən çox dərinlikdəki yeraltı boşluqlardan yarana biləcəyi və ya nadir olduğu bildirilən bu tip çökmənin geotermal quyularda qazma işləri nəticəsində baş verə biləcəyi ehtimal edilir.

Regionda müşahidə və araşdırmalar aparmaq üçün müxtəlif nazirliklərdən 20-dən çox ekspert və 10-dan çox peşəkar qrup cəlb olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi