azia.az
azia.az

Deputat Cavanşir Feyziyevin şirkəti növbəti dəfə CƏRİMƏLƏNDİ

9-06-2023, 21:00

Deputat Cavanşir Feyziyevə məxsus (qeyri-rəsmi) “Avromed Company” şirkətinə növbəti dəfə cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.1-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İş hakim Rauf Əhmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasınına bu gün baxılacaq.

Xatırlatma: Daha əvvəl “Avromed Company” barəsində eyni xətai il bağlı cərimə protokolu yazılıb.

Qeyd: “Avromed Company” 2002-ci ilin aprelindən fəaliyyətə başlayıb. Şirkət Azərbaycana xaricdən dərman gətirən şirkət kimi məşhurdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi