azia.az
azia.az

Dövlət Xidmətində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib

9-06-2023, 17:50


Görüşdə Azərbaycanın Dövlət-Özəl Tərəfdaşlıq Yol Xəritəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) Asiya İnkişaf Bankının (AİB)nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə AİB-in Dövlət-Özəl Tərəfdaşlıq Ofisi tərəfindən 2024-2028-ci illər üçün Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində Azərbaycanın Dövlət-Özəl Tərəfdaşlıq Yol Xəritəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb. Bundan əlavə, dövlət satınalmalarının effektiv planlaşdırılması və icrası, vahid internet portalı vasitəsilə hökumətin satınalma planları, tenderdə iştirak imkanlarına dair müzakirələr həyata keçirilib. 

Sonda keyfiyyət infrastrukturu sahəsində insan resurslarının və institusional potensialın artırılması istiqamətindəAsiya İnkişaf Bankı ilə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi