Bəzi cütlüklər cinsi əlaqələrinin qeyri-normallığı səbəbilə tez-tez problem yaşayırlar.
Xəbər verilir ki, məşhur uroloq Anika Akerman cinsi istəyi öldürən vərdişlər barədə məlumat verib.
Həmin vərdişləri təqdim edirik:
Yuxusuzluq – Yuxunun insanın əhval-ruhiyyəsinə və enerjisinə təsir etdiyi məlumdur. Az yatmaq immunitet sitemindən psixi sağlamlığa qədər bir çox fəsadlar törədir. Bununla yanaşı, yuxusuzluq cinsi istəklə əlaqəli təsirlərə də malikdir.
Spirtli içki aludəçiliyi – Həkim, davamlı olaraq spirtli içki içənlərin uzun müddətdə cinsi həyatında problem yaşaya biləcəyini qeyd edib.
Qida normasını qaçırmaq – Həddindən artıq, yaxud az yemək yemək də insanların cinsi həyatına mənfi təsir göstərir. Ona görə də, həkim qida normasını pozmamağı tövsiyə edib.
Stres – Bir çox xəstəliklərin bir nömrəli düşmanıdır. Dəri xəstəliklərindən ürək xəstəliklərinə kimi bir sıra fəsadlara yol açır.
Akerman bildirib ki, stress də cinsi istəyi öldürür.
Həkim Akerman sonda, bu vərdişlərin yanlız bir neçəsi olduğunu vurğulayıb.