Məhkəmədə "Azpetrol"la bağlı cərimə protokollarına baxılır
Səbail Rayon Məhkəməsində "Azpetrol LTD" MMC barəsində yazılmış 2 cərimə protokoluna baxılır.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hazırda işlər hakimlər - Azər Tağıyevlə Günel Səmədovanın sədrliyi ilə araşdırılır.
Məhkəmənin növbəti iclasları iyunun 9-u və 13-nə təyin edilib.
Qeyd: "Azpetrol LTD" MMC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati 2 protokol tərtib edilib. Daha sonra protokollar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Kamal Məmmədov