azia.az
azia.az

Ukrayna tərəfdən döyüşən ruslar Belqorodda rus polkovniki öldürdü

7-06-2023, 08:55

Rusiyanın Novaya Tavoljanka kəndində 52 yaşlı polkovnik Andrey Stesev öldürülüb.

Bu barədə Ukrayna tərəfindən döyüşən "Rusiya könüllülər korpusu”nun Teleqram kanalında məlumat verilib

Daha sonra bununla bağlı video dərc edilib.


Qeyd olunur ki, Ukrayna tərəfindən vuruşan rusiyalı könüllülər artıq bir neçə gündür, Belqorod vilayətinin bir neçə yaşayış məntəqəsinə nəzarət edirlər. Yerli əhalinin əksəriyyəti evakuasiya edilib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, öldürülən polkovnik Andrey Stesev "Belqorod” əməliyyat qrupunun komandiri olub. 

"Əməliyyat məlumatına görə, iyunun 4-dən 05-nə keçən gecə Novaya Tavoljanka kəndində Belqorod əməliyyat qrupunun komandiri qvardiya polkovniki Andrey Vasilyeviç Stesev məhv edilib. O, bundan əvvəl Rusiya Federasiyasının Hava-Desant Qüvvələrinin 104-cü desant-həmlə alayının komandiri vəzifəsində çalışıb”, - Ukrayna kəşfiyyatının məlumatında deyilir.

Nizami Bağırov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi