azia.az
azia.az

Toyuğun yumurtası görənləri şok etdi

1-06-2023, 08:36

Sosial şəbəkələrdə qeyri-adi formalı toyuq yumurtası böyük maraqla qarşılanıb.

 Görüntünü “Gamelover42” ləqəbli “Reddit” istifadəçisi paylaşıb.

“Bu qəribə formalı yumurtanı mənim toyuğum yumurtlayıb”, - deyən istifadəçi paylaşımına şəkil əlavə edib.

Görüntü az müddətdə məşhurlaşıb və çoxsaylı müzakirələrə səbəb olub.

Şərhlərdə bir çox internet istifadəçisi uzun illərdir toyuq saxlamalarına baxmayaraq ilk dəfə belə bir şeylə rastlaşdıqlarını bildiriblər.

 

“Şübhəsiz ki, bu, indiyə qədər gördüyüm ən qəribə yumurtadır”, - deyə şərhçilərdən biri bildirib.

“Bəlkə içəridə əjdaha var”, “Onu ye və superqəhrəman ol - “Chickenman”, “Düşünürəm ki, sənin toyuğun yadplanetli ola bilər”, - deyə “sürpriz” yumurtanı zarafatla qarşılayanlar da az olmayıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi