azia.az
azia.az

Sürücülərin NƏZƏRİNƏ - Avtomobilə bu cihazların quraşdırılması CƏRİMƏDİR

31-05-2023, 08:11

Bəzi sürücülər avtomobillərinə zavodda quraşdırılan duman işıqlarına hallogen lampa əvəzinə led işıq quraşdırırlar. Led lampalardan xüsusilə gənc sürücülər tez-tez istifadə edirlər. Belə lampalarla onlar avtomobillərini digər maşınlardan fərqləndirməyə çalışırlar.

Bəs avtomobilə led işıqların qoyulmasına qanunla icazə var?

Bu barədə Referans.az-a danışan Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, led işıqlardan istifadə qanunla qadağandır, lakin bəzi maşınlarda buna icazə var:

“Hər bir avtomobili istehsal edən istehsalçı avtomobilin bütün cihazları kimi onun işıq cihazlarının da standartlarını müəyyən edir və o standartlardan kənara çıxmaq qanunla İnzibati Xətallar Məcəlləsinin 342.2.2-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilir. Bu da normativ tələblərin pozulması deməkdir. Əgər avtomobilə led işıq nəzərdə tutulubsa, led işıqdan istifadə edə bilər, əgər ksenondursa, ksenon işıqlardan istifadə edə bilər. Adi işıq lampalarıdırsa, lupa olmayan variantlarda ondan da istifadə etmək olar. Yəni hər hansısa bir sürücü misal üçün deyək ki, Sovet istehsalı olan və ya başqa avtomobilə yolu işıqlı etmək xatirinə nəzərdə tutulmamış işıqları quraşdıra bilməz. Çünki bu qarşıdan gələn sürücülərin avtomobil idarə etməsinə təhlükə yaradır. Bu normativ tələblərin pozulmasıdır, eyni zamanda qanun pozuntusudur”.

DYP əməkdaşı hər bir istehsalçı şirkətin avtomobilə bəzi normalar qoyduğunu bildirib. Onun sözlərinə görə, istənilən avtomobildə bu normların pozulması nəzərdə tutulan cərimə miqdarına görə dəyişir: “Hər bir sürücü avtomobilinə quraşdırılan avadanlıqları istehsalçının müəyyən etdiyi avadanlıqlardan istifadə etməklə quraşdırmalıdır. Heç kim nəqliyyat vasitəsinə özbaşına müdaxilələr edə bilməz. Bu qanun pozuntusudur”. 

Araz Əsgərli bildirib ki, mövcud işıq cihazlarından istifadə qaydalarının pozulmasına görə, sürücü  50 manat məbləğində cərimə oluna bilər. Duman işıqlarına led işıqların quraşdırılması zamanı isə 150 manat cərimə ilə cəzalandırılır - deyə o bildirib.

Aqil Taleh


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi