Ərdoğanın qələbəsi Bakıda belə qeyd olundu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turunda topladığı səs çoxluğu ilə qalib gəlib.
Bu qalibiyyət Azərbaycanda da böyük coşqu ilə qarşılanıb.
İnsanlar əllərində Azərbaycan və Türkiyə bayraqları ilə qələbəni qeyd edirlər. Paytaxt sakinləri həm maşınlarla, həm də piyada şəhərin küçələrinə çıxaraq sevinclərini bildirirlər.








