azia.az
azia.az

Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

25-05-2023, 08:51


Görüşdə “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinə dair fikir mübadiləsi aparılıb. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib. 

Görüş zamanı “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi, tenderlərin səmərəliliyinin artırılması, dövlət satınalmaları sahəsində aparılan islahatlar barədə müzakirələr aparılıb. 

Müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq praktikaya uyğunlaşdırılması istiqamətində görülən işlərdə Dünya Bankının rolu qeyd edilib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi