azia.az
azia.az

"Servelat" kolbasasının üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb-RƏSMİ

16-05-2023, 19:42


"Səhliyalı" kiçik müəssisəsinin istehsalı olan yarım hisə verilmiş "Servelat" kolbasasının üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb.

 Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsullarında aparılan yoxlamaların nəticəsini açıqlaMIŞDI. Cari dövr ərzində 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülüb. "Səhliyalı" kiçik müəssisəsinin istehsalı olan yarım hisə verilmiş "Servelat" kolbasasının üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb. Rəhimovların Ailə Təsərrüfatının "Kəndli" kolbasası üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb. "Sevilən Ad" MMC-nin "Dilim-Dilim", “Əsl dad” kolbasalarında təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb. "Mir 2016" MMC-nin "Köhnə Dad" yarım hisə verilmiş "Servelat" kolbasasının üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb. 

"M&T" Ltd firmasının "Sevimli Dad" sosiskasının üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb. "Səhliyalı" Kiçik Müəssisəsinin "Sacüstü" halal sosiskanın üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb. "Ovçular Ət və Ət Məhsulları" MMC-nin "Külləmə" halal sosiskasının təhlükəsizlik göstəricilərində isə uyğunsuzluq aşkarlanıb 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi