Aİ-nin rəsmisi Türkiyədə keçirilən seçkilərdən danışdı
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Türkiyədə keçirilən seçkiləri yaxından izlədiklərini, yüksək fəallığın böyük nailiyyət olduğunu və ikinci turun nə gətirəcəyini gözlədiklərini bildirib.
Von der Leyen Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel ilə keçirdiyi mətbuat konfransında Türkiyədə keçirilən prezident və 28-ci dönəm parlament seçkiləri ilə bağlı sualı cavablandırıb. Türkiyənin onlar üçün mühüm tərəfdaş olduğunu bildirən fon der Leyen bu ifadələri işlədib:
“Bu seçkilərdə fəallığın çox olması həqiqətən də yaxşı xəbərdir, çünki bu, türk xalqının demokratik hüquqlarından istifadə edərək səsvermədə iştirak etməyə sadiq olduğunu və demokratik təsisatlara dəyər verdiyini göstərir. Bu, dünənki seçkilərin böyük qələbəsidir. Seçkilər hələ də davam edir. İndi ikinci tura baxmaq lazımdır. Bununla bağlı açıqlamaları çox diqqətlə izləyirik. İkinci turun nə gətirəcəyini görməliyik”.
AB Şurasının sədri Mişel isə seçkilərdə yüksək fəallığa görə Türkiyə vətəndaşlarını təqdir etdiyini bildirib. Demokratik ölkələrdə seçki prosesinin əhəmiyyətinə işarə edən Mişel bu prosesin nəticəsini izləyəcəklərini bildirib.