azia.az
azia.az

“OBA”da alınan yulafdan həşəratlar çıxdı - FOTO - VİDEO

7-07-2023, 11:15


Yeni Salyan yolu 20 ünvanındakı binanın (“Jurnalistlər evi”) həyətində fəaliyyət göstərən OBA marketdə istifadə müddəti bitmiş yulaf satışa çıxarılıb.

 

Bu barədə Pravda.az-a göndərilən şikayətdə bildirilib ki, istehsalçısı “ELHAY” MMC olan yulafın içindən canlı həşəratlar çıxıb.

 

İstifadə müddəti 2 avqust 2022-ci ildə bitsə də, OBA marketin sözügedən filialında həmin məhsul hələ də satışdadır.

 

Məsələ ilə bağlı OBA marketlər şəbəkəsinə sorğu göndərsək də, mövqe bildirilməyib.

 

Vətəndaşları təhlükəli hallarla üzləşməmək üçün marketdə ərzaq almazdan öncə istifadə müddətinə baxmağı tövsiyə edirik!

 

Aytəkin Qardaşova


 Fotoları təqdim edirik



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi