azia.az
azia.az

Rövnəq Abullayevdən bunu kim xahiş edib?

9-05-2023, 10:20

AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib.

İclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, vitse-prezidenti Aslan Şahgəldiyev və Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak edib.

İclasda Klublar Komitəsinin yaydığı bəyanatla bağlı məsələlər müzakirə olub.

Bu barədə publika.az-a komitənin sədri, "Qəbələ"nin prezidenti Fariz Nəcəfov məlumat verib. O, Rövnəq Abdullayevin toplantıya ilk dəfə qatılmasının səbəbini açıqlayıb:

"Rövnəq Abullayevin toplantıya qatılmasını Klublar Komitəsi olaraq istəmişdik. Sağ olsun, təklifimizi cavabsız qoymadı. Müzakirə edilən məsələlər də məlumdur. Biz bunları AFFA İcraiyyə Komitəsinə göndərmiş, istəklərimizi bildirmişdik. Hər üç bəyanat üzərindən müzakirələr aparıldı və bütün məsələlər öz həllini tapdı".

Nəcəfov müzakirələrin nəticəsini də açıqladı:

"Əsas nəticə növbəti mövsüm üçün dövlət tərəfindən klubların dayanıqlığı üçün ayrılan məbləğin xərclənmə meyarları ilə bağlıdır. AFFA tərəfindən qoyulan tələblərin müzakirəsi aparıldı. Və qərar verildi ki, həmin kriteyalar klubların istəyi ilə uyğunlaşdırılsın".

Komitə sədri toplantıda son zamanlar aktual olan Premyer Liqada klub sayının artırılmasıyla bağlı məsələnin müzakirə edilmədiyini də bildirdi:

"Premyer Liqada klub sayının artırılması müzakirə olunmadı. Çünki gündəlik əvvəldən bəlli idi. Komanda sayının artırılmsı klublarla müzakirə olunan məsələ deyil. Bu, AFFA-nın strateji məsələsidir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi