Vəzifə başında çənəsi qırılan qazinin SON DURUMU açıqlandı
Kliniki Tibbi Mərkəzdən “Report”un sorğusuna cavab olaraq bildirib ki, N.Babayev alt çənə sümüyünün ikitərəfli sınığı diaqnozu ilə tibb müəssisəsinin üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib.
Qeyd olunub ki, onun əməliyyatı uğurla icra olunub. Hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir.
Xatırladaq ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə qazinin çənəsini sındıran döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı Rəvan Nəbizadə 1 ay müddətinə azadlıqdan məhrum edilib.