azia.az
azia.az

Təhsil naziri istefa verdi - Hadisəyə görə

8-05-2023, 08:15

Serbiyanın təhsil naziri Branko Rujiç Belqradda 9 nəfərin ölümü ilə nəticələnən məktəbə silahlı hücumdan sonra istefa verib.

Bu barədə “Tanjug” agentliyi məlumat yayıb.

Məlumata görə, B. Rujiç ölkənin Baş naziri Ana Brnabiçə istefa verməsini xahiş edən ərizə yazıb, o, həmçinin “həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib”.

“Məktəb hadisələrinin dramatik şəkillərini, ölən uşaqların təsəllisiz valideynlərinə başsağlığı verərkən tökülən göz yaşlarını ömrümün sonuna qədər ruhumda möhür kimi daşıyacağam”, - nazir bildirib./Report



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi