azia.az
azia.az

Azərbaycanda Neslihana ünvanlanan XƏYANƏT SUALI ONU ƏSƏBİLƏŞDİRDİ - VİDEO

2-05-2023, 09:51

Artıq bir neçə gündür Azərbaycanda olan türkiyəli məşhur cütlük Kadir Doğulu ilə Neslihan Atagülün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə görüşü keçirilib.

BAKU.WS xəbər verir ki, aktyorlar görüş zamanı onlara üvanlanan bəzi sualları cavablandırıblar. Tələbələrdən biri Neslihana Kadirin qalmaqallı xəyanət görüntüləri ilə bağlı sual verib. Onun məsələyə münasibətini öyrənmək istəyib.

Neslihan isə əsəbiləşərək, "Siz özümüzə aid nəyi soruşursunuz? Hazırda həqiqətən sizi bu maraqlandırır? Bu gördüyünə niyə inanmırsan?", - sözlərini söyləyib.

Sözügedən video Türkiyə mətbuatında və sosial şəbəkələrində yayılaraq viral olub. 

Qeyd edək ki, təxminən bir həftə əvvəl aktyor Kadir Doğulunun Alaçatıda bir xanımla səmimi görüntüləri yayılıb. O, 7 illik həyat yoldaşı aktrisa Neslihan Atagülə xəyanət edib. 


BAKU.WS
VİDEO


 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi