2 əsgər şəhid oldu, 44-ü yaralandı (FOTO)
Şırnakda dəhşətli qəza hadisəsi baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, hərbçiləri daşıyan avtobusun sürücüsü idarəetməni itirib və yol kənarındakı dərəyə aşıb.
Qəza nəticəsində 2 əsgər şəhid olub, 44 əsgər isə yaralanıb. Baş verən qəza ilə bağlı 29 yaşlı sürücü Serdar F. (29) həbs edilib.
Qəza, dünən səhər saatlarında Şırnak-Uludere şosse yolunda, Balveren mahalı mövqeyində meydana gəlib.
Qəzanın baş verdiyi yerə xilasetmə, səhiyyə və polis əməkdaşları sövq edilib.
Şırnak valisi Osman Bilgin də qəza yerinə gedərək araşdırmalarda iştirak edib. Qəzada bş çavuş Yunus Öztürk və əsgər Məhəmməd Koçak şəhid olub, 44 əsgər və sürücü yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb. Avtobus kranla aşdığı ərazidən çıxarılıb qəza ilə bağlı araşdırma başlanılıb.
Qəzada yaralanan avtobus sürücüsü Serdar F. Şırnak Dövlət Xəstəxanasında müalicə olunduqdan sonra saxlanılıb. Sürücü Serdar F. polis bölmısindəki əməliyyatlardan sonra sövq edildiyi məhkəmə tərəfindən "ehtiyatsızlıq nəticəsində birdən çox adamın ölümünə və yaralanmasına səbəb olmaq" ittihamı ilə həbs edilib.
Ayxan