azia.az
azia.az

Qızları əxlaqsızlıq edən qadının evinə getdi, telefon şunuru ilə....

1-05-2023, 08:23

Şəmkir rayonunda 1979-cu il təvəllüdlü Əkbər 1966-cı il təvəllüdlü qohumu Vüsaləni (adlar şərti verilib - red.) qətlə yetirib.

Azia.az  Teleqraf.com-a istinadən bildirir ki, Əkbər mütəmadi evinə gəlib-getdiyi qohumu Vüsalənin əmlakını ələ keçirmək məqsədi ilə onu öldürmək qərarına gəlib. 2021-ci il aprelin 4-dən 5-ə keçən gecə saat 1 radələrində alkoqol sərxoşluğu vəziyyətində Vüsalənin evinə yollanıb.

Əkbər Vüsaləyə məxsus pul, qızıl-zinət və digər qiymətli əşyaları ələ keçirməkdən ötrü ona hücum edib. Telefon şnurunu götürərək qadının boğaz nahiyəsinə keçirərək boğub.

Bununla kifayətlənməyən qatil döşəməsilən ağacla qadının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. Vüsalənin ölmədiyini düşünüb və yaxınlıqdakı masanın üzərindən götürdüyü bıçaqla ona zərbələr vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib.

İzi itirdi

Əkbər Vüsaləyə məxsus xeyli miqdarda qızıl əşyalarını götürüb. O, törətdiyi cinayətin izlərini itirmək məqsədilə cinayətin aləti olan telefon şnurunu, döşəməsilən ağacın dəstəyini, tiyəsindən qırılmış mətbəx bıçağının dəstəyini və tiyəsinin qırılmış hissəsini, Vüsaləyə məxsus istehsal tarixi və markası məlum olmayan mobil telefonu, eləcə də hadisə yerində olan qan ləkələrini təmizləyib və sildiyi əski parçasını özü ilə götürərək evdən çıxıb.

Əkbər döşəməsilən ağacı, tiyəsindən qırılmış mətbəx bıçağının dəstəyini və qırıq tiyəni həyətyanı sahədə müxtəlif istiqamətlərdə tullayıb. Mobil telefonu yaxınlıqdakı gölə, telefon şnurunu, əski parçasını və fəhlə əlcəyini isə yaxınlıqdakıəmisinə məxsus evin həyətindəki köhnə ayaqyoluna atıb.

"Atamla atası əmioğludur"

Əkbər Vüsaləni öldürərək ələ keçirdiyi qızıl-zinət əşyalarını aprelin 5-də saat 9 radələrində Şəmkir şəhər bazarında ümumilikdə 1525 manata satıb. 300 ABŞ dolları 10.000 Rus rubluna dəyişdirib, pulun bir hissəsini özü üçün paltar və digər əşyalar alıb.

İstintaq orqanı tərəfindən Əkbərin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əkbər ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonunun kəndində yaşayıb: "Vüsalə mənim və ailə üzvlərimlə qohumluq münasibətlərində olub. Əvvəllər aramızda hər hansı narazılıq, mübahisə, ədavət və ya düşmənçilik olmayıb. Vüsalənin mərhum atası Sahiblə mənim atam İntiqam doğma əmioğludurlar".

"Əxlaqsızlığa son qoymasını tələb etdim"

Təqsirləndirilən şəxs qeyd edib ki, son vaxtlar Vüsalənin qızları Səidə və Səlimənin barəsində əxlaqsız həyat tərzi sürmələri ilə bağlı kənddə söz-söhbət çıxıb:

"Hadisədən təxminən iki il əvvəl Səidənin əxlaqsız hərəkətlərinə son qoyması ilə bağlı onunla danışaraq tənbeh etdim. Həmin vaxt Vüsalə və onun atası Sahib də evdə idi".

Əkbər deyib ki, 4 aprel 2021-ci ildə saat 8 radələrində işləmək üçün həmkəndlisi Elmirə məxsus xurma bağına gedib, orada Vüqar adlı qonşusu ilə suvarma sistemi çəkiblər: "İşimizi saat 11 radələrində yekunlaşdıraraq evə gəldik. Mağazadan 250 qramlıq aldıq və evdə yeməklə həmin arağı içdik. Atam, anam, arvadım və övladlarım da evdəydi.

Saat 15 radələrində evdən çıxaraq kəhrizin yanına getdim. Evimiz tərəfə gələn suyu düzəltməkdə qonşulara kömək etdim.

Sonra kənddə "Qaqaş" kimi tanıdığım həmkəndlimə məxsus kafeyə getdim. Orada özümə nisyə iki bokal pivə alıb içdim. Kəhrizin yanına itirdiyim telefonunu axtarmağa qayıtdım. Telefonumu tapa bilmədiyim üçün evə gəldim, həyat yoldaşımdan onun evdə qalıb-qalmadığını soruşdum. Telefon evdə olmadığı üçün 20 dəqiqədən sonra kafeyə qayıtım və yenidən iki bokal pivə içdim".

"Üç litr pivə içdim"

Təqsirləndirilən şəxs deyib ki, kafedən çölə çıxanda arvadının xalası oğlu İlqarı görüb: "İlqara kafedə pivə içməyi təklif etdim. Həmkəndlilərimiz Vüsal və Telman da İlqarın maşınındaydılar. Kafedən nisyə 4 litr pivə aldım, İlqarın idarə etdiyi maşınla birlikdə "Kəmər qaya" adlanan yerə getdik. Orada yeyib-içdik. Mən üç litr pivə içdim.

Saat 23 radələrinə kimi orada oturduq. Bundan sonra kafeyə qayıtdım. "Qaqaş"ın "Dovşan" ləqəbli oğlundan nisyə iki litr pivə və 3 qutu "Prima" siqareti alaraq cəmi 36 manatlıq borc etdim.

İlqar məni bayırda gözləyərkən Vüsal və Telman getdilər. Kafedən çıxdıqdan sonra İlqarla yenə pivə içdik. İlqar maşınla məni əmimin evinin yanında düşürtdü".

"Mübahisə etməyə başladı"

Əkbər qeyd edib ki, bu zaman Vüsalənin evinə getmək qərarına gəlib: "Həyətdə itlər olduğuna görə evin həyətinə dəmir torlu hasarın üstündən keçməklə daxil oldum. Gecə saat 12 olardı.

Vüsalənin evinə yaxınlaşdım, işıq düşən pəncərədən otağın içərisinə baxdıqda Vüsalənin qaz sobasının yanında isindiyini gördüm. Vüsalənin karlığı olduğuna görə qapını döymədən içəri girdim. Onunla salamlaşdım, masa arxasında oturdum. Özümə bir stəkan çay süzərək içdim.

Vüsaləyə tikanlı kolu dəmir torlu hasarın çöl tərəfinə yığaraq yolu daraltdığna, gediş-gəlişə mane olduğuna görə irad bildirdim. Bu vaxt Vüsalə mənə pis ifadəylə cavab qaytardı və mənimlə mübahisə etməyə başladı".

"Boğmağa başladım"


Əkbərin ifadəsinə görə, Vüsaləni öldürmək qərarına gəlib: "Onun qaz sobasının qarşısında arxası mənə tərəf oturmasından istifadə edərək gizli şəkildə cibimdəki fəhlə əlcəyini geyindim və ona yaxınlaşdım. Telefon şnurunu rozetkadan çıxardım, arxadan cəld şunuru onun boğazına keçirdim, iki əlimlə sıxmaqla boğmağa başladım.

Vüsalə əlləri ilə şunurdan yapışdı və onu boğazından aralamağa çalışdı. Şnuru daha da möhkəm sıxdığıma görə Vüsalə oturacaqdan qalxaraq dizi üstə yerə çökdü. Onu döşəmənin üzərinə yıxdım və boğmağa davam etdim. Vüsalə müqavimət göstərməyə çalışdı.

Şnurla onu boğaraq öldürə bilməyəcəyimi gördüm. Qapının arxasında olan pol ağacı ilə boğmağa davam etmək üçün şnuru buraxdım. Bu zaman Vüsalə arxası üstə çevrildi. Qapının arxasında olan pol ağacını götürdüm, ağacın tutacağı ilə mərhumun boğazını sıxmağa başladım. Vüsaləni öldürməyə gücüm çatmadığına görə ayağa qalxıb pol ağacını kənara atdım".

"Qızılları götrüdüm"

Əkbər bildirib ki, masanın üzərində olan mətbəx bıçağını götürüb və Vüsaləni arxası üstə uzatmaqla ürək nahiyəsinə yuxarıdan aşağıya 2 bıçaq zərbəsi endirib:

"Bıçaqla Vüsaləni üçüncü dəfə ürək nahiyəsindən vurarkən tiyəsi ortadan qırıldı. Həmin dəqiqə Vüsalə öldü. Onun öldüyünə tam əmin olduqdan sonra boyununda olan kulonlu qızıl sepi, sol barmağında olan iki qızıl üzüyü və qulaqlarındakı bir cüt qızıl sırğanı çıxararaq götürdüm".

Təqsirləndirilən şəxs deyib ki, cinayətin izlərini itirmək məqsədilə qırmızı rəngli əski parçası ilə hadisə yerində olan qan ləkələrini, eləcə də əl-barmaq izlərini itirmək üçün çay içdiyi termosun qulpunu əski ilə silib: "Sonra əskini, tiyəsindən qırılmış bıçaq dəstəyini və tiyənin qırılmış hissəsini, şnuru, pol ağacını, eləcə də Vüsaləyə məxsus qara rəngdə olan köhnə mobil telefonu götürərək otaqdan çıxdım.

Ətrafa nəzər saldım, kənar şəxslərin olmadığını gördükdən sonra həyətyanı sahəyə keçdim. Pol ağacını, tiyəsindən qırılmış bıçaq dəstəyi və tiyənin qırılmış hissəsini Vüsalənin həyətində müxtəlif istiqamətlərdə tulladım. Daha sonra dəmir torlu hasardan keçməklə evə yollandım.

Evə gedərkən telefonu körpünün yaxınlığında gölə atdım. Şnuru, əlcəyi və əskini Rusiyada yaşayan əmimin evinin həyətində olan köhnə ayaqyoluna tulladım. Həmin əşyaları ifadənin yerində yoxlanılması zamanı göstərmişəm".

"Qızılları satdım, özümə telefon aldım"

Əkbər deyib ki, bundan sonra evə gedib və sərxoş olduğuna görə yatıb. Səhərisi gün işləmək üçün saat 7 radələrində Elmirə məxsus bağa gedib, orada Səlim adlı iş yoldaşından borca 5 manat alıb:

"Ona qardaşım Sərdarın pul göndərdiyini deyərək Şəmkir şəhərinə getdim. Təxminən saat 8-də Şəmkir bazarının yaxınlığındakı yeməkxanada bir butulka "Xırdalan" pivəsi içdim. Saat 9 radələrində bazar yolunda olan "Altın" adlı lombarda getdim. Şəxsiyyət vəsiqəmi təqdim etdim və kulonlu qızıl sepi 1055 manat pul qarşılığında satdım.

Məndən şəxsiyyət vəsiqəmin kserosurətini götürdülər. Mən öz xəttimlə kağızda qızıl sepin özümə məxsus olduğunu bildirdim və altından imza çəkdim.

Şəmkir bazarında yerləşən "Mələk Qızıl" mağazasına gedərək şəxsiyyət vəsiqəm əsasında bir cüt qızıl sırğanı və iki üzüyü 470 manat qarşılığında tanımadığım şəxsə satdım. O da şəxs şəxsiyyət vəsiqəsinin şəklini telefona çəkərək götürdü.

Dükanların birindən özümə 115 manata "Samsung" markalı telefon aldım. Çünki hadisədən qabaq telefonumu itirmişdim. "Azercell" operatoruna məxsus nömrə də aldım, arvadıma zəng etdim və nömrəni təzə aldığımı dedim".

Əkbər qeyd edib ki, paltarları qana bulaşdığına görə bazardan özünə 18 manata təzə şalvar, 7 manata təzə köynək və 40 manata təzə krossovka alıb: "Köhnə paltarları isə sellofan torbaya yığaraq özümlə Südabənin yeməkxanasına gətirdim. Donuz kababı sifariş verdim. Günorta saatlarına kimi orada yemək yeydim, 18 butulka "Xırdalan" pivəsi içdim. Sərxoş olduğuma görə kafeyə gələn tanımadığım müştərilərin də sifariş verdikləri çayın pulunu ödədim".

"Törətdiyim cinayəti etiraf etdim"

Təqsirləndirilən şəxsin sözlərinə görə, günorta saatlarında arvadı anasının istifadəsində olan nömrədən zəng edib və Vüsalənin yaşadığı evdə ölmüş vəziyyətdə tapıldığını bildirib:

"Arvadım evə gəlib-gəlməyəcəyimi soruşdu. Ona sərxoş olduğuma görə gələ bilməyəcəyimi dedim. Bir qədər keçdikdən sonra tanımadığım nömrədən mənə zəng gəldi. Zəng edən şəxs özünü Şəmkir rayon polis şöbəsinin əməkdaşı kimi təqdim etdi və mənim təcili olaraq polis şöbəsinə yaxınlaşmağımı istədi.

Taksi ilə polis şöbəsinə gəldikdən sonra törətdiyim cinayəti eiraf etdim. Hadisə zamanı əynimdə olan paltarların Südabənin kafesində olduğunu bildirdim".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Əkbər 18 il müddətinə azadlıqdan məhrum edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi