azia.az
azia.az

Qurdlu meyvə....-Maraqlı məsləhət

25-04-2023, 08:55

Türkiyəli həkim Canan Karatay paketlənmiş qidalardan istifadə etmədiyini açıqlayıb.



Bu haqda o verilişlərdən birində danışıb.

O təbii qidalanmanın faydalı olduğunu vurğulayıb:

“Mən kənd kərə yağı yeyirəm. Pendir də tam yağlı olmalıdır. Qatığı da özünüz evdə hazırlamalısınız. Paketlənmiş heç nəyi almayın. Onlar süd tozundan hazırlanır”.

Həkim, şəkər istifadəsi ilə bağlı da tövsiyə verib:

“Bədənimizin şəkərə ehtiyacı yoxdur. Təkcə qırmızı qan hüceyrələri enerji istehsal edə bilmədikləri üçün şəkərə ehtiyacı olur. Onların da şəkər ehtiyacları 24 saatda bir dəfə bir qəndlə qarşılana bilir”.

Karatay sonda, meyvələrlə bağlı maraqlı çıxış edib:

“Meyvə yeyə bilərsiniz, amma qurdlu alma yeyin. Onlar dərmansız olur. Qurdlar bizdən ağıllıdır. Onlar dərmanlı olan heç bir şeyi yemirlər. Ona görə biz də qurdlu meyvə yeməliyik. Amma dişlədiyiniz zaman diqqət edin ki, qurdun yarısı almada qalmasın”.

Aynur


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi