azia.az
azia.az

“Azunisert” MMC hüquqi şəxs qismində inzibati cərimə edilib

19-04-2023, 15:08

 

Sertifikatlaşdırma sahəsində nəzarət tədbirləridavam etdirilir

 Qanunvericiliyin tələblərini pozan qurumun sertifikatlaşdırma sahəsindəki akkreditasiyası dayandırılıb

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətiakkreditasiya qanunvericiliyinin tələblərinə əməl etməyən uyğunluğu qiymətləndirən qurumlara qarşı nəzarət tədbirlərini davam etdirir.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, sertifikatlaşdırma fəaliyyəti sahəsində akkreditasiya edilən “Azunisert” MMC Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzitərəfindən ona verilən icazə sənədindən (akkreditasiya attestatından) istifadə edərəkqanunvericiliyin tələblərini pozub. Belə ki, “Azunisert” MMC akkreditasiya sahəsindən kənara çıxmaqla, müxtəlif sahibkarlıq subyektlərinə qanunsuz uyğunluq sertifikatları təqdim edib. Qeyd edək ki,  bufakt sahibkarlıq subyektlərinin və istehlakçıların qanunla müəyyən edilən hüquq və mənafelərinin pozulmasına, habelə onların çaşdırılmasına  səbəb ola bilər.

Uyğunluq sertifikatlarının ləğvi barədə müvafiq göstərişlərə baxmayaraq,  “Azunisert” MMC Dövlət Xidmətinin yazılı göstərişlərini yerinə yetirməyib.Qanunvericiliyin tələblərinə uyğun olaraq Dövlət Xidməti tərəfindən “Azunisert” MMC barəsində ayrı-ayrı qanun pozuntuları üzrə inzibati xəta haqqında protokollar tərtib edilib və aidiyyəti üzrə baxılması üçün məhkəmə orqanlarına göndərilib. Məhkəmə Dövlət Xidmətinin hərəkətlərini qanuni hesab edib və “Azunisert” MMC hüquqi şəxs qismində inzibati cərimə edilib. 

Eyni zamanda, Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən aparılan illik qiymətləndirmə çərçivəsində “Azunisert” MMC-nin sertifikatlaşdırma sahəsindəki fəaliyyətinin akkreditasiya haqqında qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilib.

Bununla da, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təqdimatı əsasında Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən “Azunisert” MMC-nin sertifikatlaşdırma sahəsindəki akkreditasiyasının dayandırılması barədə qərar qəbul edib. 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi