90 yaşlı müğənni arvadından buna görə boşanır-İNANILMAZ SƏBƏB
90 yaşlı müğənni Bedros Kirkorov özünə yeni sevgili tapıb.
O, bu sevgi üçün 26 illik evliliyindən sonra ikinci həyat yoldaşı Lyudmila Smirnovadan boşanır.
Cebhe.info xəbər verir ki, şok xəbəri ifaçının oğlu, müğənni Filipp Kirkorov açıqlayıb. O, atasının yeni sevgilisini “gözəl qadın” adlandırıb və valideynləri ilə bir-birinin şəxsi həyatına hörmət etdiyini bildirib. Kirkorov da sevinir ki, atasının yanında ona baxacaq adam olacaq.
“Afərin, demək olar ki, 91 yaşında tam həyat yaşayır, özündən heç nəyi əskik etmir. Bu yaşıma qədər yaşasam, təbii ki, ən xoşbəxt insan olacağam”, - deyə müğənni bildirib.
Cebhe.info