Lerik meşələri belə talan edilir-İDDİA
Lerik rayonunda meşədən ağacların kəsilməsini əks etdirən görüntülər yayılıb.
Belə ki, görüntülərdə sözügedən meşədə ağacların qanunsuz olaraq kəsilməsi əks olunub. Əvvəlcə, gizli yolla çəkiliş aparan kənd sakinləri meşəyə əli mişarlı bir neçə nəfərin daxil olduğunu görüb. Həmin şəxslər daha sonra ağacları kəsərək təsərrüfat işlərində istifadə olunan taxta materiallar hazırlayıb. Sonda hazır materiallar meşə ərazisindən çıxarılaraq yük avtomobillərinə daşınıb.
İddia olunur ki, meşədə ağacların “soyqırımı”na meşə idarəsinin icazəsi ilə başlanılıb. Qeyd edək ki, Azia.az saytı olaraq görüntülərlə bağlı cavabdeh şəxslərdən münasibət öyrənməyə çalışdıq. Özünü meşə təsərrüfatının rəsmisi kimi təqdim etdi, amma adını və soy adını bildirmədi. Bu yalandır, şantajdır, onsuz da indi hər kəs yazır, kim-kimin yazdığını oxuyur, lap fakt olsa belə.
Bu görüntülər Şimal region internet portalında yayımlanıb. Daha ətraflə videoda izləyin.