Güneyli deputat İran hökumətini Azərbaycana görə kəskin tənqid etdi - FOTO

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
“Konstitusiyanın 3-cü və 11-ci maddələrinin bütün müsəlmanlara münasibətdə qardaşlıq, İslam xalqları ilə birlik, ittifaq və dünyanın məzlumlarına tam dəstəyə çağırışını əsas tutaraq Azərbaycanla qarşıdurma, onu hədələmə və işğalçı Ermənistanla müttəfiqlik nəyə əsaslanır? İki kafir müttəfiqimiz olan Rusiya və Çindən başqa hansı müsəlman ölkəsi ilə birliyimiz var?!”, - deyə deputat qeyd edib.