Fazil Mustafaya sui-qəsd edən şəxs belə saxlanıldı - TƏCİLİ
Fazil Mustafaya sui-qəsdlə bağlı saxlanılanlar var - RƏSMİ
Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxsin saxlanılması haqda xəbər yayılıb.
Azia.az xəbər verir ki, bu barədə haqqın.az saytı məlumat yayıb.
Bildirilib ki, şübhəli şəxs Qaradağ rayonu ərazisində saxlanılıb.
***
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev globalinfo.az-a açıqlamasında hələ ki məsələ ilə bağlı rəsmi məlumatın olmadığını bildirib.
Globalinfo.az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə millət vəkilinə sui-qəsdi həyata keçirən şəxs iki gün öncə saxlanılıb. Bunun ictimailəşməməsinin səbəbi sırf əməliyyat hərəkəti ilə bağlı olub.
Məlumatda saxlanılanların bir neçə nəfər olduğu iddia edilir.
Millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər 4 nəfər saxlanılıb.
Pravda.az Trend-ə istinadən xəbər verir ki, cinayət işi üzrə saxlanılanların hazırda Dövlət Təhlükəsizliyi Xidmətində dindirildikləri və ünvanlarda baxış aparıldığı məlum olubdur.
Xatırladaq ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov" konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.