azia.az
azia.az

DİN: 11 nəfər Vətən müharibəsi iştirakçısı, 5 nəfər şəhid ailəsi üzvü seçim turunu keçdi

19-03-2023, 09:40

Nazir Naxçıvanda sıra baxışı keçirdi - FOTO

Martın 18-də Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Süleyman Neymətov sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Sıra baxışında muxtar respublikada yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak ediblər.

Tədbirdə 11 nəfər Vətən müharibəsi iştirakçısı, 5 nəfər şəhid ailəsi üzvü olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 131 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

 

 







Bizi Telegram-da izləyin...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi