azia.az
azia.az

Zaur Mirzəzadə azadlığa buraxılıb

15-03-2023, 17:08

Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə barəsindəki qərardan verilmiş protestə baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən iclasda məhkum şəxs barəsində dövlət ittihamçısının protesti rədd olunub.

Qərara əsasən, Zaur Mirzəzadə barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin bəraətverici hökmü qüvvədə saxlanılıb.

O, məhkəmə zalından azadlığa buraxılıb.

Zaur Mirzəzadənin vəkili Kamran Musayev APA-ya məlumatı təsdiq edib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi