azia.az
azia.az

İran Suriyanı narkotik mərkəzinə çevirib-Üç milyon “cihad həbi” saxlanıldı (FOTO)

13-03-2023, 09:16

İraq hakimiyyəti İraq-Suriya sərhədindəki əl-Qaim şəhərində üç milyon “Captagon” tableti daşıyan yük maşınını saxlayıb.

Bu həb radikal islamçı yaraqlılar arasında populyarlığına görə “cihad həbi” kimi tanınan amfetamin tipli stimullaşdırıcıdır.

Qeyd olunur ki, həblər soyuducu yük maşını ilə daşınan alma qutularında gizlədilib.

Bildirilir ki, əl-Qaim “İran tərəfindən dəstəklənən İraq silahlılarının qalasıdır və bölgədəki yaraqlılar həm də sərhədin Suriya tərəfindəki Əlbu Kamal şəhərinə nəzarət edir, ərazidən silah saxlamaq və daşımaq üçün istifadə edirlər”.

“Son illərdə Suriya qeyri-qanuni sintetik narkotikin istehsalı üçün əsas mərkəzə çevrilib və “Captagon”dan sui-istifadə bütün regionda artan problemə çevrilib”, - məlumatda deyilir.(Mənbə: gazeta.ru)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi