azia.az
azia.az

Pakistan Ukraynaya bu qədər tankı verə bilər

12-03-2023, 10:38

Pakistan Ukraynaya 44 ədəd “T-80 UD” tankı verə bilər.

Bu barədə “Report” “Firstpost”a istinadən xəbər verir.

Pakistan bu tankları 1997-1999-cu illərdə Ukraynadan alıb.

Nəşr qeyd edib ki, ötən ilin iyul ayından Pakistan Böyük Britaniya vasitəsilə Ukraynaya artilleriya və tanklar üçün sursat verib. Bundan başqa rəsmi İslamabad Ukraynaya kömək məqsədilə Polşa və Almaniyadakı limanlardan da istifadə edib.

SSRİ istehsalı olan əsas döyüş tankı 1987-ci ildə təqdim edilib. “T-80 UD” min at gücünə malik 6TD dizel mühərrikli “T-80U” tankının modifikasiyasıdır.

Pakistan 320 ədəd “T-80 UD” tankı alıb, sonuncu partiyalarında “T-84” dizaynının elementlərindən istifadə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi