azia.az
azia.az

“BMW” hələ 10 il daxili yanma mühərrikləri istehsal etməyi planlaşdırır

12-03-2023, 08:02

Almaniyanın avtomobil istehsalçısı “BMW” ən azı daha 10 il daxili yanma mühərrikləri istehsal etməyi planlaşdırır və krossoverlərdə quraşdırılacaq yeni benzin mühərrikləri hazırlayır.

Bu barədə “Report” Almaniya mətbuatına istinadən xəbər verir.

Xüsusilə, “Handelsblatt” qəzeti mənbələri bildirib ki, avtomobillərin təqdim edilməsi ilə bağlı bütün öhdəliklərə baxmayaraq, “BMW X” seriyalı krossoverlər yaxın onillikdə benzin və dizel mühərrikləri ilə istehsal olunacaq.

Yeni benzin mühərriklərinin ABŞ-dakı zavodda istehsal olunan “BMW X3” və “X5” avtomobillərində quraşdırılması planlaşdırılır.

“Automobilwoche” nəşri isə qeyd edib ki, “BMW”nin rəhbəri Oliver Zipse əvvəllər daxili yanma mühərrikindən çox erkən və düşünülməmiş imtinaya qarşı xəbərdarlıq edib və bu baxımdan müxtəlif ölkələrin bazarlarının tələblərinin nəzərə alınmasını təklif edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi