azia.az
azia.az

Batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi - VİDEO

10-03-2023, 16:59

Dalğıclar dənizdə batma təhlükəsində olan şəxsi xilas edib.

 

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

 

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş dalğıclar tərəfindən xilas edilib.

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi