“REAL partiyasının dövlət qeydiyyatı ləğv ediləcək” – İlqar Məmmədov
Azərbaycanda REAL partiyası ləğv olunma təhlükəsi ilə üzləşib. Bildirilir ki, bu barədə partiya sədri İlqar Məmmədov paylaşım edib.
“İstəyirəm hər kəs bilsin: yaxın aylarda REAL 5 min üzvdən ibarət siyahını yeni qanunun tələb etdiyi kimi hökumətə təqdim etməsə, bu ilin ikinci yarısında REAL partiyasının dövlət qeydiyyatı ləğv ediləcək”, – deyə sədr bildirib.