azia.az
azia.az

İranda güclü zəlzələ oldu

22-02-2023, 08:58

İranın cənubunda yerləşən Fars əyalətinin Dərəz bölgəsində 5,5 maqnitudalı zəlzələ baş verib.

 

Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoqrafiya Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, zəlzələ yerli vaxtla 04:41-də baş verib və yeraltı təkanların ocağı 11 km dərinlikdə olub. 

Dağıntılar və tələfat barədə məlumat verilməyib.

 

Qeyd edək ki, dünən səhər saatlarında da Fars və Hormozqan əyalətlərində 5,2 bal gücündə zəlzələ qeydə alınmışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi