azia.az
azia.az

Kompensasiyadan narazı qalanla müjdə- 50 min AZN veriləcək - FOTO

21-02-2023, 09:24

Elgin Həbibullayev kompensasiyadan narazı qalanların bir hissəsini razı saldı: 50 min AZN veriləcək - FOTO


Təklif edilən kompensasiyadan narazı olan Nərimanov rayonu Mayakovski 15 ünvanında yerləşən binanın sakinləri rayon icra hakimiyyətinin başçısı Elgin Həbibullayevin qəbulunda olublar.

 

Bu barədə Pravda.az-a rayon sakinləri məlumat veriblər.

 

İcra başçısı sökülməsi nəzərdə tutulan binaya kvadratmetrə görə təklif edilən 2 000 AZN-nin Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edildiyini bildirib.

 

Sakinlərin sözlərinə görə, birotaqlı – 18-20 kvadratmetrlik mənzillərə 50 min AZN veriləcək, bunu müəyyən qədər güzəşt hesab etmək olar, amma nəzərə almaq lazımdır ki, Nərimanov rayonunda heç 50 min manata da 1 otaqlı mənzil yoxdur: "İki və üç otaq mənzili olanlarla bağlı hər hansı razılıq əldə olunmayıb. Prezidentə məktub göndərmişik və cavabını gözləyirik. Təklif edilən kompensasiya bizi qane etmir, sakinlərə zor tədbiq etmək olmaz, artıq o dövr deyil, məhkəmə yolu ilə isə necə edəcəklər, zaman göstərəcək".

 

Fevralın 19-da bina sakinləri toplantı keçiriblər, müzakirələr aparıblar.


 Fotoları təqdim edirik




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi