azia.az
azia.az

Putin Rüstəm Muradova general-polkovnik rütbəsi verdi

18-02-2023, 09:31

Rusiya ordusunun Şərq Hərbi Dairəsinin komandiri Rüstəm Muradova general-polkovnik rütbəsi verilib.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Qərb Hərbi Dairəsinin komandiri Yevgeni Nikiforov da general-polkovnik rütbəsi ilə təltif olunub.

Bundan əvvəl general-leytenant rütbəsi daşıyan Rüstəm Muradov ötən il Şərq Hərbi Dairəsinin komandiri təyin olunub. 

Rüstəm Muradov 21 mart 1973-cü ildə Dağıstan Muxtar Respublikasının Dərbənd rayonunun Çinar kəndində anadan olub. Milliyyətcə tabasarandır. 11 noyabr 2020-ci ildən 2021-ci il sentyabrın 9-dək Azərbaycan ərazisindəki Rusiya sülhməramlı kontingentinin komandiri olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi