azia.az
azia.az

Telefon bir ailənin xilasına səbəb oldu

18-02-2023, 09:09

Malatyada baş vermiş dağıdıcı zəlzələdən bir ailə xoşbəxt təsadüf sayəsində xilas olub.

Zəlzələ zamanı mənzilin pəncərəsindən küçəyə düşən mobil telefon yoldan keçən bir nəfər tərəfindən tapılıb və bu, zərərçəkənlərin xilas edilməsinə kömək edib.


Həmin şəxs dağılmış evin yaxınlığında gedərkən zəng çalan telefon görüb. Zəng vuran dağılmış binada olan bir ailənin qohumları olub. Onlara bildirilib ki, bina dağılıb, qohumlar isə həmin yerə tez gələrək yaxınlarını xilas ediblər.
Ailə başçısı dağıntılar altında qalanların hamısının böyük ümidsizlik içində olduqlarını deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi